“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Haken”lə keçirəcəyi oyunun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, biletləri iticket.az vasitəsilə əldə etmək mümkündü.
 
Azarkeşlər Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşü izləmək üçün müvafiq olaraq 5, 20, 40 və 100 manatlarından keçməlidilər.
VVIP C və VVIP D sektorlara bilet isə VIP Lounge üstünlüklərindən yararlanmaq imkanı verəcək.
 
Bu yerlər üçün biletlərin qiyməti 250 manatdı.
 
Satış məntəqələri Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına
 
Respublika stadionunun kassaları və Heydər Əliyev sarayının kassalarıdı. Həmçinin “Changan Azerbaijan”da VVIP, VIP və CAT 1 biletlər satılacaq.
 
Qeyd edək ki, “Qarabağ” – “Haken” oyunu dekabrın 14-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest