O, 2023-cü il üçün nəzərdə tutulan “Qızıl Samba” mükafatını qazanıb. Səsvermədə ikinci yeri “Əl-Hilal”ın hücumçusu Neymar, üçüncü pilləni isə PSJ-nin müdafiəçisi Markinyoş tutub.

2023-cü ilin ən yaxşı braziliyalı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, “Real”ın hücumçusu Vinisius Junior bu ada layiq görülüb.
 
O, 2023-cü il üçün nəzərdə tutulan “Qızıl Samba” mükafatını qazanıb. Səsvermədə ikinci yeri “Əl-Hilal”ın hücumçusu Neymar, üçüncü pilləni isə PSJ-nin müdafiəçisi Markinyoş tutub.
 
Son üç ildə “Qızıl Samba” Neymara qismət olmuşdu. Bu titul 2021-ci ilə qədər Avropada oynayan ən yaxşı braziliyalıya verilirdi.
 
Qeyd edək ki, Vinisius cari bu mövsüm keçirdiyi 13 oyunda 6 qol, 4 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest