"O, mənə və idman direktoru Dekoya tam etibar edir. Rəhbərlik bizim necə işlədiyimizi bilir və mən onların tam inamını görürəm"

"Barselona"nın baş məşqçisi Xavi nəticələrin pisləşməsinə baxmayaraq, Kataloniya klubunun rəhbərliyinin ona güvəndiyini bildirib.

Matc.az xəbər verir ki, “Barselona" bütün yarışlarda keçirdiyi son beş dueldə iki məğlubiyyət və bir heç-heçə əldə edib. İspaniya çempionatında komanda turnir cədvəlində 4-cü yerdədir.

Çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Klubun tam dəstəyini hiss edirəm. Mən prezident Joan Laporta ilə gündəlik əlaqə saxlayıram və o, mənə və idman direktoru Dekoya tam etibar edir. Rəhbərlik bizim necə işlədiyimizi bilir və mən onların tam inamını görürəm”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest