İşləri yolunda getməyən “Kəpəz”də “yarpaq tökümü”nə start verilib. Matc.az saytının əldə etdiyi məlumata görə, rəhbər vəzifədə ayrılıq baş verib.

Belə ki, Gəncə təmsilçisinin idman direktoru Mehman Allahverdiyev postundan ayrılıb. Xəbəri 63 yaşlı mütəxəssis özü də matc.az saytına açıqlamasında təsdiqləyib. O, hələlik İdarə Heyətinin üzvü kimi klubda qaldığını əlavə edib.

Qeyd edək ki, Mehman Allahverdiyev ötən ilin iyununda “Kəpəz”in idman direktoru vəzifəsinə təyin olunmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest