25 Noyabr 2023, 19:56
FUTBOL
“Mançester Siti"nin hücumçusu Erlinq Haaland Premyer Liqanın 13-cü turunun "Liverpul"la görüşündə qol vurub.
Matc.az xəbər verir ki, norveçli 27-ci dəqiqədə Natan Akenin ötürməsindən fərqlənib. Haaland Premyer Liqada 50 qol həddinə çatıb. O, bunu turnir tarixində hamıdan daha sürətli edən futbolçu olub. Ona cəmi 48 matç kifayət edib. Əvvəlki rekord 65 oyunda 50 dəfə fərqlənən Endryu Koula məxsus idi.
Qeyd edək ki, “Mançester Siti” – “Liverpul” görüşü 1:1 hesabı ilə bitib.