“Liverpul"un müdafiəçisi Coel Matip Premyer Liqanın 13-cü turunun "Mançester Siti" ilə oyununda start heyətində yer alıb.

Matc.az xəbər verir ki, bu duel kamerunlu futbolçunun klub üçün bütün yarışlarda 200-cü oyunu olub. Bu rəqəm Matipi Qlen Conson və Rey Hougton ilə bərabərləşdirib və onu “Liverpul”un tarixində 82-ci yerə yüksəldib.

Qeyd edək ki, Matip bir görüşədə çıxsa "Liverpul"da 201 oyun keçirən Filipp Koutinyoya çata bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest