24 Noyabr 2023, 15:31
FUTBOL
"De Byazinin bizə heç bir fayda verməyəcəyi bəlli idi. Üstəlik, elə şəraitdə ayrıldı ki, onu heç kim xoş xatırlamayacaq"
“Həmişə millidə yerli məşqçinin çalışmasının tərəfdarı olmuşam”. Bunu matc.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev deyib.
56 yaşlı mütəxəssis yığmadan yenicə ayrılan Canni de Byazinin heç bir xeyir vermədiyini düşünür. Onun fikrincə, bundan sonra yerlilərə güvənmək lazımdı:
“De Byazinin bizə heç bir fayda verməyəcəyi bəlli idi. Üstəlik, elə şəraitdə ayrıldı ki, onu heç kim xoş xatırlamayacaq. Ümumiyyətlə, əcnəbilərin burada uğur qazanmaları çətin görünür. Məncə, artıq yerlilərə şans verməyin vaxtıdı. Ölkədə bu işin öhdəsindən gələ biləcək mütəxəssislər var”.
Qeyd edək ki, Canni de Byazi 2020-2023-cü illərdə yığmamızı çalışdırıb.