Dünya çempionatının seçmə mərhələsinin 6-cı turunun görüşündə Venesuela millisinin futbolçuları ilə Peru polisi arasında münaqişə baş verib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Peru və Venesuela oyunu çərşənbə günü, noyabrın 22-də Limada baş tutub və 1:1 hesabı ilə başa çatıb. Final fitindən sonra qonaq futbolçular azarkeşləri ilə birlikdə onlara dəstək olduqları üçün təşəkkür etmək üçün tribunaya yollansa da, reklam lövhələrinin üzərinə çıxanda polis onlara azarkeşlərə yaxınlaşmağı qəti qadağan edib və onları geri itələməyə başlayıb. Oyunçulardan biri asayiş keşikçisini itələyib və o, dəyənəyi ona tərəf yelləməklə cavab verib. Nəticədə polis venesuelalıları reklam lövhələrinin arxasına qayıtmağa məcbur edib və onlar uzun müddət narazılıqlarını ifadə etməyə davam ediblər. Venesuelalı azarkeşlər futbolçularını alqışlarla dəstəkləyiblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest