22 Noyabr 2023, 16:04
FUTBOL
Azərbaycanlı hakim Elçin Məsiyev daha bir təyinat alıb. Matc.az xəbər verir ki, o, Gənclər Liqası görüşünü idarə edəcək.
UEFA A qrupu çərçivəsində “Bavariya” (Almaniya) – “Kopenhagen” (Danimarka) qarşılaşmasını FİFA referisinə həvalə edib. Məsiyevə yan xətt hakimi kimi Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim isə yerli Mixael Baxer olacaq.
Qeyd edək ki, görüş noyabrın 29-da Münxendə keçiriləcək.