Yaroslav Şilqavi 2018-ci ildən bəri Çexiya yığmasına rəhbərlik edib. Komanda onun başçılığı altında AVRO-2020-də 1/4 final mərhələsinə qədər irəliləyib.

Çexiya millisində gözlənilməz ayrılıq baş verib. Matc.az xəbər verir ki, baş məşqçi Yaroslav Şilqavi postunu tərk edib.
 
62 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Moldovanı 3:0 hesabı ilə məğlub etdikləri görüşün ardından istefa verdiyini açıqlayıb.
 
Maraqlıdı ki, onun komandası yer aldığı E qrupunda 2-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanıb.
 
Qeyd edək ki, Yaroslav Şilqavi 2018-ci ildən bəri Çexiya yığmasına rəhbərlik edib. Komanda onun başçılığı altında AVRO-2020-də 1/4 final mərhələsinə qədər irəliləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest