"Real” rəhbərliyi noyabrda millinin oyunları zamanı klubun iki liderini itirməsindən son dərəcə narazıdır. 

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Braziliyalı hücumçu Vinisius Junior və fransalı yarımmüdafiəçi Eduardo Kamavinqa milli komandalarda olarkən zədələnib. İspaniya təmsilçisi futbolçularının çoxlu zədələnməsinə görə La Liqa rəhbərliyini, İspaniya Kral Futbol Federasiyasını (RFEF), FİFA və UEFA-nı günahlandırır. Klub rəhbərliyinə görə, oyunçuların zədələnməsinə səbəb bu qurumlardır. Onları həddən artıq yüklənmiş təqvim yaratmaqda günahlandırır.

Vinisius Junior 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya və Kolumbiya yığmaları arasında keçirilən oyunda zədələnib. O. Fevralın ortalarına qədər sıradan çıxıb. Eduardo Kamavinqa Fransa millisinin məşqində zədələnib və qarşıdakı 8-10 həftə "Real"a kömək etməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest