17 Noyabr 2023, 21:26
FUTBOL
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen belindəki zədə səbəbindən Almaniya millisinin qarşıdakı oyunlarını buraxacaq.
Matc.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Yulian Naqelsmann danışıb: “Ter Stegen hər iki oyunu buraxacaq. Belində kəskin ağrılar var. Onun sabah Barselonaya uçacağı gözlənilir. O, nə oynaya, nə də məşq edə bilməyəcək”.
Qeyd edək ki, Almaniya millisi noyabrın 18-də Berlində Türkiyə ilə yoldaşlıq oyunu keçirəcək. Noyabrın 21-də Vyanada Avstriya ilə qarşılaşacaq.


_1773755513.jpg)





_1773748626.jpg)



_1773744200.jpg)