Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində İsveç yığmasını 3:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, oyundan  sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb.
 
- Oyun haqqında nə deyə bilərsiniz?
 
- Milli axır ki, bizləri, azarkeşləri sevindirdi. Bu artıq bir dönüşdür. Çempionatımız çox maraqlı keçir. Lider, axırda qalan yoxdur. Bugünkü oyun da bunun nəticəsidir. Hamını təbrik edirəm.
 
- Bu qələbədən sonra Canni De Byazinin baş məşqçi postunda qalması nə dərəcədə realdır?
 
- Bu məsələ hələ müzakirə olunmur. Bu, AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda bir oyun var. De Byazinin fatihəsini verməkdənsə, ona uğurlar arzulayaq ki, komanda Belçikada yaxşı oyun göstərsin.
 
- Belçikadakı nəticə baş məşqçi üçün həlledici olacaq?
 
- Bəli. Hər şey ola bilər. Bu gün komandaya uğurlar arzulayaq ki, uşaqlar bu əhval-ruhiyyə ilə Belçikaya qarşı yaxşı mübarizə aparsınlar.
 
- Martda yenidən AFFA-nın prezidenti vəzifəsində qalacaqsınız?
 
- Ona baxarıq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest