“Arsenal"ın ukraynalı müdafiəçisi Aleksandr Zinçenko "Mançester Siti"ni dünyanın ən yaxşı komandası adlandırıb.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Futbolu götürsək, “Arsenal” məni Henrinin, gənc Fabreqasın orada oynadığı vaxtdan ilhamlandırıb. Uzun müddətdir ki, bu komandaya köklənmişəm. İndi məni kim ruhlandırır? Deyə bilərəm ki, bu gün dünyanın ən yaxşı komandası “Mançester Siti”dir. Onlar bu günə qədər bunu sübut edirlər. Bu komandaya baxanda başa düşürsən ki, hələ üzərində işləməlisən. Məni çox ilhamlandırılar”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest