10 Noyabr 2023, 15:03
FUTBOL
"Rəqib qələbəyə, biz məğlubiyyətə layiq idik. Onlar bizim İtaliyada oynadığımız kimi oynadılar".
İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyo Avropa Liqasının qrup mərhələsinin IV turunun "Slaviya"ilə oyunundan sonra (0:2) fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, portuqaliyalı məğlubiyyətə layiq olduqlarını açıqlayıb:
"Rəqib qələbəyə, biz məğlubiyyətə layiq idik. Onlar bizim İtaliyada oynadığımız kimi oynadılar. Nikola Zalevskini müdafiənin cinahında, Stefan El Şaravini isə hücumda oynatmağı planlaşdırırdıq. Lakin uduzmağımızın səbəbi bunlar deyil".
"Slavia" və "Roma" hazırda Avropa Liqasının G qrupunda 9 xalla müvafiq olaraq, 1 və 2-ci pillələri bölüşdürürlər.












