Rusiyalı keçmiş futbolçu Andrey Arşavin dizindən ciddi zədə alan "Əl-Hilal"ın hücumçusu Neymarla bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
Matc.az xəbər verir ki, Arşavin bu barədə yerli mətbuata açıqlama verib: "Neymara yazığım gəlir. Məncə, o, "Barselona"dan ayrıldığı anda səhv etdi. Həmin an o, klub üçün daha vacib idi və Lionel Messidən daha yaxşı görünürdü. O, pulun dalınca PSJ-yə getdi. İndi o, Səudiyyə Ərəbistanına köçüb və bu da idman nailiyyətləri ilə diktə olunmur. Təəssüf ki, meydanda hər şeyi bacaran belə istedadlı futbolçu belə zədə alır. Bu kiçik faciədir. Əgər o, "Barselona"da qalsaydı, hər şey daha parlaq, daha atletik ola bilərdi və bəlkə də bu zədə olmazdı".
 
Qeyd edək ki, Neymar Dç-2026-nın seçmə mərhələsində Uruqvayla matçda (0:2) zədələnib . Müayinə zamanı çarpaz bağın zədələnməsi və menisküsün cırılması aşkar edilib. Bərpa altı aya qədər çəkə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest