Misirli üzgüçü Abdelrahman Elarabi İsraillə münaqişədə Fələstini dəstəklədiyi üçün aldığı təhdidlərdən danışıb. Matc.az  xəbər verir ki, idmançı bu barədə yerli mətbuata açıqlama verib: "Son bir neçə gün mənim üçün zehni cəhətdən çox çətin oldu. Tez-tez ölüm təhdidləri aldım. Bütün həftə Fələstini dəstəklədiyim üçün hücumlarla üzləşdim".

Maraqlıdır ki, bundan əvvəl İsrail üzgüçülük Assosiasiyasının rəhbəri Miki Halika Beynəlxalq üzgüçülük Federasiyasını (World Aquatics) Elarabinin sosial şəbəkələrdəki sözlərini və yazılarını terrorizmə dəstək olduğunu bildirib.

Qeyd edək ki, Abdelrahman Elarabi ötən həftə Afinada (Yunanıstan) keçirilən üzgüçülük üzrə Dünya Kubokunun 50 m batterflay üsulu ilə qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest