"Mançester Yunayted" tribunada yarana biləcək problemlərə görə ev oyunlarında təhlükəsizliyi gücləndirəcək. Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. "Qırmızı şeytanlar"ın azarkeşləri klubun satışının uğursuzluğundan çox narazı qalıblar. "İneos" fondunun rəhbəri Cim Ratkliff "Mançester Yunayted"in səhmlərinin cəmi 25%-ni alacaq. Nəzarət paketi isə hazırkı sahiblərdə Qleyzerlər ailəsində qalacaq.
İddia olunur ki, İngiltərə klubu növbəti ev oyununda azarkeşlərin iğtişaş yarada və ya narazılıqlarını başqa cür ifadə edə biləcəyini güman edir. Bununla əlaqədar olaraq klub təhlükəsizliyi gücləndirmək üçün bir sıra tədbirlər həyata keçirib.
Oktyabrın 24-də çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Mançester Yunayted" Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcək. Oktyabrın 29-da isə "Mançester Siti" ilə Premyer Liqa matçı "Old Trafford"da baş tutacaq.