Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi iki oyunun məkanı bəlli olub. Matc.az xəbər verir ki, C qrupunda yer alan yığmamız bu ay Farer adaları ilə səfərdə, Monteneqro ilə evdə üz-üzə gələcək.
 
Oktyabrın 27-də Farer adaları ilə keçiriləcək matç Klaksvik şəhərindəki "Djupumyru" stadionunda olacaq. Bundan dörd gün sonra isə qadınlarımız Monteneqronu "Dalğa Arena"da qəbul edəcək.
 
27 oktyabr
17:00. Farer adaları – Azərbaycan
Hakimlər: Yelena Yermolayeva, Liqa Didrike, Diana Vanaqa, Darya Voytexoviça (Latviya)
Klaksvik. "Djupumyru" stadionu
 
31 oktyabr 
16:00. Azərbaycan – Monteneqro
Hakimlər: Anastasiya Romanyuk, Aleksandra Vdovina, İrina Petrova, Kristina Kozoro (Ukrayna)
Bakı. "Dalğa Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest