09 Oktyabr 2023, 18:23
FUTBOL
"Sevilya" rəhbərliyi Xose Luis Mendilibarın istefasından sonra yeni baş məşqçi axtarışlarını davam etdirir.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Klub tez bir zamanda məşqçi təyin etmək istəyir. "Sevilya" mart ayından bəri işsiz olan Antonio Kontenin namizədliyini nəzərdən keçirir . İtaliyanın son klubu "Tottenhem" olub. Siyahıda Andre Villas-Boaş, Andoni İraola, Xavi Qarsiya və Marselino Toral da daxil olmaqla daha dörd nəfər var.
Qeyd edək ki, qərar 24 saat ərzində verilməlidir.