Türkiyənin 1-ci liqasında 8-ci turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" növbəti görüşünə çıxıb. Klub səfərdə "Keçiörengücü" ilə qarşılaşıb. Qonaqlar dueldən qələbə ilə ayrılıb -  2:0. Azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb və sonacan mübarizə aparıb.

Qeyd edək ki, "Tuzlaspor" 7 xalla 14-cü pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest