"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 7-ci turunda "Vulverhempton"la oyun ərəfəsində komandadakı vəziyyət haqda danışıb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Düşünürəm ki, Con Stones, Kevin De Bruyne, Bernardo Silva hazır deyil. Qalan hər kəs yaxşıdır, məncə.Stones indi daha yaxşı işləyir. Söhbət etdik və o, ayrı-ayrılıqda məşq edərək daha yaxşı irəliləyir. Ola bilsin ki, gələn həftə və ya "Leyptsiq"lə oyundan sonra o, ümumi məşqə qayıtsın".

Qeyd edək ki, "Vulverhempton" - "Mançester Siti" matçı sentyabrın 30-da "Qurdlar"ın stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest