Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start verilib. Matc.az xəbər verir ki, açılış oyununda son çempion "Qarabağ" meydana çıxib.
Ağdam təmsilçisi "Azersun Arena"da "Sumqayıt"ı qəbul edib. Görüşə ev sahibi komandası fəal başlayıb. Matç boyu üstün oyun sərgiləyən Ağdam təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub edib. Qarşılaşmada Juninyo dubla imza atıb. Bayramov, Andrade və Zubir isə hərəyə bir qol vurub.
Turun digər oyunları sentyabrın 30-da və oktyabrın 1-də keçiriləcək.
Premyer Liqa
VIII tur
29 sentyabr (cümə)
20:00. "Qarabağ" – "Sumqayıt" 5:0
Qollar: Juninyo, 22; 29; Toral Bayramov, 41; Leandro Andrade, 44; Abdullah Zubir , 49
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Azersun Arena"
"Qarabağ": 99. Andrey Lunyov, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 6. Julio Romao
"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 9. Erik Sorqa, 71. Masaki Murata