Milan yeni stadion tikmək yönündə rəsmi addımlar atıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. San Donato Milanese Şəhər Şurasına San Françesko ərazisi üçün Kompleks Müdaxilə Planına dəyişiklik tələbi üçün sənədləri təqdim edib. Bu tələb "Milan"ın San Donato Milanesedə öz stadionunu tikməkdə marağını təsdiq edir və möhkəmləndirir. Bu, 70 min yerlik stadionu, otelləri, əyləncə və ticarət obyektləri olan bütöv bir kompleks olacaq. 

Qeyd edək ki, "Milan" hazırda ev görüşlərini "San-Siro"da oynayır

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest