"Şalke" baş məşqçisi Tomas Raysla vidalaşıb. Matc.az xəbər verir ki, məlumatı Almaniya klubunun mətbuat xidməti yayıb.
Klub rəhbərliyi komandanın uğursuz çıxışına görə almaniyalı mütəxəssislə yolları ayırıb. Belə ki, bu mövsüm II Bundesliqada çıxış edən "Şalke" 7 oyundan sonra 7 xalla 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, 49 yaşlı 2022-ci ildən Almaniya klubunu çalışdırır.