"Napoli" baş məşqçisini dəyişə bilər. Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Xəbərə görə, İtaliya klubu çalışdırıcısı Rudi Qarsiya ilə vidalaşmaq niyyətindədir. Artıq onun yerinə gətiriləcək mütəxəssisin də adı bəllidir. "Napoli" "Marsel"in sabiq çalışdırıcısı İqor Tudorun xidmətində maraqlıdır.
Qeyd edək ki, 45 yaşlı xorvatiyalı mütəxəssis bu yay Fransa klubundan ayrılıb.