"Bugünkü "Neftçi"ni nəzərə alsaq, bir xal qazandığımızı düşünürəm".

Matc.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasında "Neftçi" ilə heç-heçə edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. çalışdırıcı oyundan sonra mətbuat konfrasında iştirak edib:

- Emosional oyun oldu. Rəqib çox istəkli idi, ilk dəqiqələrdən hiss olundu. Biz də oyundan qabaq futbolçularla rəqibi təhlil edəndə onların böyük potensialının olduğunu və əvvəlki turlardakı uğursuzluqları unutmalı olduğumuzu dedik. "Neftçi" yaxşı nəticə üçün əlindən gələn hər şeyi edirdi. Əzmkar mübarizə apardıq. Hücumlarımız, zərbələrimiz oldu. Son dəqiqələrdə rəqibə də qol imkanı verdik. Qapıçılar yaxşı seyvlərlə yadda qaldılar. "Neftçi" bu gün fərqli idi. Topla daha çox oynamağımıza mane oldular. Əzmkar mübarizə aparıb, vacib bir xal qazandıq. "Neftçi" ilə oynayırıq və sən ilk sırada olub, 6 oyundan 5-ni qazanırsansa, sənə qarşı hamı fərqli motivasiya ilə hazırlaşır. Bu gün bunu hiss etdik. Geri düşsək də, oyunu bərabərləşdirə bildik. Taktiki dəyişikliklər etdik və uğurlu alındı. Bugünkü "Neftçi"ni nəzərə alsaq, bir xal qazandığımızı düşünürəm.

- Mutu hakimin penalti qərarında səhv etdiyini dedi. Siz necə düşünürsüz?
- Sanki, penalti idi. Sonra yenə baxdıq və görünür ki, ayağına basır. Bizə qarşı belə epizodlar qırmızı vərəqə ilə yekunlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest