Millimizin yarımmüdafiəçisi Ozan Can Kökçünün klubu "Eyndhoven" Niderland birinci divizionunda növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, komanda V tur çərçivəsində doğma meydanda "Den Haq"la qarşılaşıb.
Ozanın 90 dəqiqə mübarizə apardığı görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Eyndhoven" hazırda 9 xalla 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.