"Bavariya"nın hücumçusu Serj Qnabri karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, Almaniya millisinin üzvü "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
 
Premyer Liqa təmsilçisi keçidi qış fasiləsində reallaşdırmaq üçün indidən hərəkətə gəlib. "Mankunianlılar" 28 yaşlı oyunçu üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdı".
 
Qeyd edək ki, daha əvvəl "Arsenal" və "Vest Bromviç"də çıxış edən Serj Qnabri ötən mövsüm 47 oyunda 17 qol vurub, 12 məhsuldar ötürmə verib.a

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest