Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, Premyer Liqanın VI turunda keçirilən "Zirə" – "Sumqayıt" görüşü ilə bağlı daha sərt cəzalar kəsilib.
 
Matçda birbaşa qırmızı vərəqə alan "Zirə"nin üzvü Pyer Zebliyə 2 oyunluq diskvalifikasiya verilib. Bakılılar 1500 manat cərimələnib.
 
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov həmin qarşılaşmada hakimi təhqir etdiyindən, 2-si şərti olmaqla 5 oyunluq sanksiya ilə üzləşib. Bu, "Sumqayıt"ı 4000 manat ziyana salıb. Abasova 3 aylıq sınaq müddəti təyin olunub.
 
Görüşdə hər iki komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. Bu, klubların 800 manat cərimələnməsinə səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest