İspaniya La Liqasının V turunda "Real Sosyedad"la qarşılaşan "Real" 2:1 hesablı qələbə qazanıb. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Cud Bellingem Madrid klubundaki ilk oyunlarında ardıcıl qollar vuran sabiq hücumçu Kriştiano Ronaldonun rekordunu yeniləyə bilməyib.
İngiltərə millisinin üzvü ilk 4 turun hər birində fərqlənməyi bacarıb. Ona qədər yalnız 2009-cu ildə Ronaldo və 1960-cı ildə Pepillo "Real" karyerasına ardıcıl 4 qarşılaşmada qol vuraraq başlamışdılar.
Qeyd edək ki, La Liqada 5 turdan sonra "Real" 15 xalla birinci yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest