"İnter Mayami"nin hücumçusu Kampana Leo Lionel Messinin paltardəyişmə otağında davranışından danışıb.

Matc.az xəbər verir ki, bu barədə futbolçu yerli mətbuata açıqlama verib: "ötən həftə sonu "Kanzas Siti"ni məğlub etdik. Messi Argentina millisinin heyətində olduğu üçün matçda iştirak etməyib. Messi hər birimizə yazdı və bizi təbrik etdi. Onun necə insan olduğunu, necə təvazökar olduğunu bir daha anladıq. Nə qədər böyük olsa da, o, bizimlə maraqlanır, ilk mesajlar göndərir, bizə uğurlar arzulayır. Bu, bizi motivasiya edir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest