"Monako"nun baş məşqçisi Adolf Hutter komandanın cari mövsümdə Fransa çempionu olmaq imkanlarından danışıb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Ən vacibi Avropa yarışlarına qayıtmaqdır. Prezident, idman direktor, məşqçilər və komandanın bir məqsəd birləşdirir – bu pilləyə yüksəlmək. Əlbəttə, xəyal edə bilərik. Bəzən xəyallar gerçəkləşir. Ancaq PSJ çox güclüdür!".

Qeyd edək ki, keçirilən dörd oyundan sonra "Monako" 10 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. İlk üçlüyü 5 oyundan 8 xalla PSJ tamamlayır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest