Kristiano Ronaldo pula görə "Yuventus"u məhkəməyə vermək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Portuqaliyalı hücumçunun Turin klubu ilə gizli müqaviləsi var idi və bu, İtaliya təmsilçisinə koronavirus dövründə maaşların ödənilməsini təxirə salmağa imkan verirdi. Bu müqavilənin bir hissəsi olaraq "Yuventus" hələ də forvard vəd etdiyi 19,9 milyon avronu transfer etməyib. Kristiano getsə belə pulu vəd etdilər .Ronaldo Turin prokurorluğundan sənədlər tələb edərək məhkəməyə müraciət etmək qərarına gəlib.
Qeyd edək ki, Paulo Dibala, öz növbəsində, "Yuventus" ilə münasibətləri məhkəmədən kənar həll etdi. Klub borcu (3 milyon avro) ödəməyə razılaşdı və müqavilənin yenilənməməsi iddiasından imtina etdi.