Misli Premyer Liqasında VI tur davam edib. Matc.az xəbər verir ki, bu gün daha iki oyunu keçirilib.
 
 
İlk olaraq "Kəpəz" "Səbail"i qəbul edib. Bakı təmsilçisi Gəncə səfərindən 3 xalla dönməyi bacarıb. Görüşdə üstün oyun sərgiləyən "Səbail" elə ilk yarıda matçın taleyini həll edib.  Günün digər qarşılaşmasında "Neftçi" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Gərgin keçən görüşdə ev sahibi komandası qalib gəlməyi bacarıb. Bununla da, Naxçıvan təmsilçisi xalını 10-a çatdırıb. 
 
Qeyd edək ki, turun ilk matçında "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları sentyabrın 17-də olacaq.
 
Misli Premyer Liqası
VI tur
16 sentyabr
 
16:00. "Kəpəz" – "Səbail" 0:3
Qollar: Yusif Nəbiyev, 2, Valdemar Almeyda, 16, Aleksandr Ramalinqom, 54
 
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Gəncə şəhər stadionu
 
"Kəpəz": 1. Vladislav Vasilyuçek, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 21. Martins Junior
Baş məşqçi: Azər Məmmədov
 
"Səbail": 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
 

 
18:00. "Araz-Naxçıvan" – "Neftçi" 1:0
Qol: Orxan Əliyev, 82 (pen)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Dalğa Arena"
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest