Mario Balotelli futbolçuların Səudiyyə Ərəbistanına pul üçün getdiyinə inanır.

Matc.az xəbər verir ki, hücumçu 2019-cu ildə çindən gələn ciddi təklifdən imtina etdiyini bildirib:

"çindən gələn təklifi rədd etdim, bu təklif Səudiyyə Ərəbistanındakı rəqəmlərdən çox idi. Bu təklifdən imtina etdiyimə görə peşman deyiləm. Futbol oynamağa davam etməyi seçdim və Marseldə qaldım. Gələcəkdə nə edəcəyimi bilmirəm. Səudiyyə Ərəbistanına köçən futbolçular ora pul üçün gedirlər".

Qeyd edək ki, Balotelli İsveçrənin "Sion" klubunda çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest