Yeddiqat dünya çempionu və "Mercedes" komandasının sürücüsü Lyuis Həmilton 2025-ci il mövsümündən sonra "Formula 1"-də qalmaq istədiyini bildirib. Matc.az xəbər verir ki, pilot bu barədə yerli mətbuata açıqlama verib:
 
"Bu iki il üçün məqsəd 100 faiz mübarizə aparmaq və çempionluğu qazanmaqdır. Hazırda biz konstruktorlar çempionatında ikinciyik və zirvədəkiləri taxtdan salmaq istəyirik. Uzunmüddətli perspektivə gəlincə, növbəti müqavilə haqqında düşünürəm. Biz formada və sağlam qalmalıyıq, tarazlığı tapmağa çalışmalıyıq. Həm həyatdan, həm də işdən həzz almalıyıq. Ailə həyatı və bütün bunlarla tarazlıq qurmalıyıq".
 
Qeyd edək ki, avqustun sonunda Həmilton "Mercedes"ilə müqaviləsini 2025-ci ilə qədər uzadıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest