"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpiya" heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sloveniya klubu "Eqnatiya"dan Redi Kasanı transfer edib. Futbolçu "Olimpiya"da 2023-2024 mövsümündə icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" arasında cavab matçı  sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest