Azərbaycanın əsas və gənclərdən ibarət taekvondo milliləri Avropa çempionatı üçün yarışın təşkil olunacağı Estoniyanın paytaxtı Tallinə yollanıblar. Matc.az xəbər verir ki, komandalar avqustun 24-26-sı aralığında mötəbər yarışda iştirak edəcəklər.
 
Böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə qitə birinciliyində kişilərə baş məşqçi əvəzi Məmməd Abdullayev, qadınlara isə baş məşqçi Sun Mi Park rəhbərlik edəcək. G1 kateqoriyalı çempionatda Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Əliəskər Əliyev (80 kq), Həmidreza Badrialiabadi (+80 kq), Səmərrux Osmanova (49 kq), Leyla Bəşirova (57 kq) və Fatimə Məcidova (67 kq) mübarizə aparacaqlar.
 
Gənclərdən ibarət yığma isə G2 kateqoriyalı yarışda 16 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Məmməd Abdullayevlə məşqçi Zahid Məmmədov turnirdə Məhəmməd Həsənli (45 kq), Fuad Məhərrəmli (48 kq), Aydın Süleymanov (51 kq), Ramil Əsədov (55 kq), Marat Məmmədov (59 kq), Vüqar Bağırov (63 kq), Elcan Əliyev (68 kq), Hüseyn Xudiyev (73 kq), Səlimə Quliyeva (42 kq), Zemfira Həsənzadə (44 kq), Seyidxanım Məmmədova (46 kq), Banu Quliyeva (49 kq), Məryəm Məmmədova (52 kq), Səadət Abbasova (55 kq), Nərgiz Kazımova (59 kq) və Nigar Abdullayevaya (67 kq) şans verəcəklər.
 
Komandalara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək. Bu yarışlara referi kimi isə federasiyanın baş hakimi Gündüz Abdullayev və Elşad Məmmədov qatılacaqlar.
 
Qeyd edək ki, Azərbaycan yığmaları avqustun 28-də Bakıya dönəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest