Zirə İdman Kompleksində yeni təmir edilmiş cüdo zalı istifadəyə verilib. Azərbaycan Cüdo Federasiyasından (ACF) Matc.az-a verilən məlumata görə, qurumun vitse-prezidenti Elnur Məmmədli, baş katib Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov, Zirə İdman Kompleksinin direktoru Vüsal Məmmədov, Zirə qəsəbəsinin nümayəndələri və digər rəsmi şəxslər yaradılan şərait ilə tanış olublar.
 
Məlumat verilib ki, ACF tərəfindən təmir olunan cüdo təlim mərkəzinin ümumi sahəsi 210 m2 təşkil edir və bir "dojo" (cüdo məşq zalı) var. Cüdo zalında idmançılar üçün bütün zəruri şərait təmin edilib.
 
İndiyə qədər Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonunun Ağalı kəndi və Sabirabadda cüdo zalları istifadəyə verilib.
 
Respublikanın bir neçə şəhər və rayonunda isə cüdo zallarının təmiri davam etməkdədir. Həmçinin, son bir ildə ACF tərəfindən 80-dən çox cüdo zalına 4000-dən çox tataminin paylanılması reallaşdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest