Veynberger 2018-ci ildə Avropa Liqasının pley-off mərhələsində "Şerif" - "Qarabağ" (1:2) matçının da baş hakimi olub. Bundan başqa, avstriyalı referi 2019-cu ildə "Neftçi" - "Sperantsa" (0:3) görüşünü idarə edib.

Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək "Beşiktaş" – "Neftçi" oyununun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA avqustun 17-də İstanbulda baş tutacaq görüşü avstriyalı hakimlərə həvalə edib. 
 
Belə ki, qarşılaşmanın baş hakimi Julian Veynberger olacaq. Ona həmyerliləri Andreas Vitsxniqq və Sara Telek kömək edəcək. 
 
Qeyd edək ki, Julian Veynberger 2018-ci ildə Avropa Liqasının pley-off mərhələsində "Şerif" – "Qarabağ" (1:2) matçının da baş hakimi olub.
 
Bundan başqa, avstriyalı referi  2019-cu ildə "Neftçi" – "Sperantsa" (0:3) görüşünü idarə edib. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest