PSJ-nin qapıçısı Canluici Donnarumma sevgilisi ilə evində olarkən qarət edilib. Matc.az xəbər verir ki, iyulun 21-də gecə italyan futbolçunun evinə kənar şəxslər daxil olub. Donnarumma və sevgilisi cinayətkarların zorakı hərəkətlərinə məruz qalıblar. Futbolçunun təxminən yarım milyon avro pulunu talayıblar.
 
Cinayətkarlar Donnaruma və sevgilsinin əl-ayağını bağlasa da, onlar qaçmağı bacarıb. Bundan sonra cütlük otellərdən birinə sığınıb və polisin gəlməsini gözləyib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
Xatırladaq ki, Donnarumma 2021-ci ilin yayından PSJ-də çıxış edir. Tərəflər arasında müqavilənin müddəti 2025/2026 mövsümünün sonuna kimidir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest