13 İyul 2023, 11:03
FUTBOL
İspaniyalı futbolçu Serxio Ramos karyerasını Braziliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, müdafiəçinin xidmətində maraqlı olan "Flamenqo" artıq futbolçu ilə əlaqə saxlayıb və rəsmi təklif göndərməyə hazırdır.
37 yaşlı Ramos son iki mövsümdə PSJ-də çıxış edib. O, bu komandada 58 oyunda 6 qolla yadda qalıb. Futbolçu 2005-2021-ci illərdə Madrid "Real"ında oynayıb.
İspaniya millisinin tərkibində dünya və iki dəfə Avropa çempionu olub.