İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi yarışları başa çatıb. Matc.az xəbər verir ki, Azərbaycan millisi komanda hesabında qitə çempionu olub. Yığmamız 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanaraq, 144 xalla bunu bacarıb.

İspaniyada keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşi yarışları başa çatıb. Matc.az xəbər verir ki, Azərbaycan millisi komanda hesabında qitə çempionu olub.

Yığmamız 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanaraq, 144 xalla bunu bacarıb. Bu, 20 yaşadək yunan-Roma güləşçilərimizin Avropa çempionatları tarixində topladığı ən yüksək xaldı. Gürcüstan 134 xalla ikinci, Türkiyə isə 113 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, yığmamızın üzvlərindən Elmir Əliyev (55 kq) və Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədovla (77 kq) Məzaim Mərdanov (130 kq) gümüş, Fəraim Muatafayev (63 kq) və Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest