26 İyun 2023, 08:07
FUTBOL
"çelsi"nin daha bir futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Matc.az xəbər verir ki, bu dəfə müdafiəçi Kalidu Kulibalinin ərəb ölkəsinə yollandığı rəsmiləşib.
İngiltərə klubu 32 yaşlı oyunçunun "Əl-Hilal"a satıldığını bəyan edib. Lakin transfer məbləği və müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, "çelsi" yay fasiləsində Nqolo Kanteni "Əl-İttihad"a, Hakim Ziyeşi isə "Əl-Nəsr"ə satıb.