"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Linkoln" təlim-məşq toplanışını davam etdirir. Matc.az saytı xəbər verir ki, Cəbəllütariq çempionu öz meydanında İspaniyanın aşağı liqa təmsilçisi "Almunesar Siti" ilə qarşılaşıb.
"Viktoriya" stadionunda baş tutan qarşılaşmada "Linkoln" rəqibini 5:0 hesabı ilə darmadağın edib. Xavi Munyozu kollektivində Marko Roşa, Xuanfri, Kike və Li çipolina rəqib qapıçılarını məyus ediblər.
"Linkoln" bir neçə gün əvvəl İraq millisi ilə yoxlama görüşündə 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri ayın 18-19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest