23 İyun 2023, 17:37
FUTBOL
"İnter"in qapıçısı Andre Onananın agenti Albert Botines "Mançester Yunayted"in nümayəndələri görüşüb keçirib. Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano öz tvitter səhifəsində məlumat paylaşıb.
O bildirib ki, "qırmızı şeytanlar" qapıçı David de Xeanın komandadan ayrılacağı halda, 27 yaşlı kamerunlu qolkiperin transferini düşünür. Hazırda "mankunianlılar"ın rəhbərliyi ispan qolkiperin gələcəyi ilə bağlı yekun qərar verməyib.
"İnter"in qapıçısını 50 milyon avrodan aşağı satmayacağı bildirilir.