16 İyun 2023, 18:09
FUTBOL
"üzərimizdə adi təzyiq var". Matc.az xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Haberli deyib.
49 yaşlı mütəxəssis mətbuat konfransında AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı "Dalğa Arena"da keçiriləcək oyunu dəyərləndirib:
"Qrupumuzdakı digər 3 komanda güclüdür. Azərbaycan yığması evdə yaxşı oynayır. Buna baxmayaraq, uğurlu nəticə qazanmağa çalışacağıq. Bütün komanda üzvləri sağlamdırlar. Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik".
- Qələbə üçün əsas faktor nə olacaq?
- Səbirli olmaq vacibdir. Bəzən 70, bəzən 90 dəqiqə buna ehtiyac olur. Bəzən həlledici zərbəni 70-ci dəqiqədən sonra vurursan. Buna görə də səbirlə çıxış edəcəyik.
- Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi hər iki komandanın Avstriyaya məğlub olduğu oyunla bağlı danışarkən "Futbol riyaziyyat deyil" deyib. Komandaların Avstriyaya fərqli hesabla yenilmələrinə münasibətiniz necədir?
- Sonda hər iki komanda məğlub olub. Hesab arasındakı fərqin elə böyük önəmi yoxdur. İsveçə qarşı görüşdə hesab fərqli olsa da, Azərbaycan yaxşı oynamışdı. Vurulan qollara görə yox, xallara görə çıxış edirik.