12 İyun 2023, 23:08
FUTBOL
"İnter"in qapıçısı Andre Onana "çelsi"yə keçə bilər. Matc.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, kamerunlu futbolçu London klubunun transfer hədəflərindən biridir.
Qeyd olunur ki, italyanlar 40 milyon avro qarşılığında Onanı satmağı nəzərdən keçirə bilərlər.
Onana 2022/23 mövsümündə "İnter" azad agent kimi keçib. O, A Seriyasında 24 oyun keçirib və 24 qol buraxıb.