"İnter Mayami" daha bir argentinalı futbolçu ilə müqavilə imzalaya bilər. Matc.az xəbər verir ki, MLS klubu bu dəfə Anxel Di Mariyaya göz dikib.

"Yuventus"dan ayrılan yarımmüdafiəçi hazırda azad agent statusu daşıyır. Ulduz futbolçunun prioriteti Avropada qalmaqdı. Ancaq "İnter Mayami" rəhbərliyi Messi amilindən yararlanaraq, Di Mariyanı onun yanına gətirəcəyinə inanır.

35 yaşlı hücumameyilli oyunçunun "Benfika"ya qayıtmaq variantı da var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest